23.11.2024, 02:03
AZ EN
20.12.2023, 12:43 307

Pərvanə İbrahimova: Həm informasiya istehsalçısı, həm də informasiya alan tərəf mediasavadlı olmalıdır

XƏBƏRLƏR
  • İnformasiya bolluğu adətən "informasiya çirklənməsi"nə səbəb olur.

Bunu Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova Bakıda keçirilən "Media savadlılığı" konfransı çərçivəsində panel müzakirəsində deyib.

"Bu, bir daha media savadlılığının əhəmiyyətini göstərir. Həm informasiya istehsalçısı, həm də informasiya alan tərəf mediasavadlı olmalıdır. Medisavadlı insan informasiyanın doğruluğunu yoxlamaq üçün müəyyən bacarıqlara malik olmalı, daha sonra onu yenidən təqdim etməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən təşkil olunan "Media savadlılığı" həftəsi çərçivəsində Bakıda Azərbaycan gənclərinin 500 nümayəndəsinin iştirakı ilə "Media savadlılığı" konfransı işinə başlayıb. (Trend)

Oxşar xəbərlər