Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O qeyd edib ki, bu günü görmək ən böyük arzusu olub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cab sağlığı versin. İnanırıq ki, bu seçkilər də digər seçkilər kimi ədalətli və şəffaf keçiriləcək. Yeni parlamentimiz Azərbaycanın inkişafı üçün yaxşı qanunlar qəbul edəcək, hüquqi baza daha da möhkəmlənəcək və Azərbaycan hərtərəfli inkişaf edəcək”.