24.04.2025, 12:25
AZ EN
19.08.2024, 09:53 379

Bu gün Ümumdünya Humanitar Yardım günüdür

XƏBƏRLƏR
  • 19 avqust Ümumdünya Humanitar Yardım günüdür. Əlamətdar gün 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis edilib. 19 avqust 2003-cü ildə BMT-nin Bağdaddakı mənzil-qərargahında törədilən partlayış nəticəsində 22 nəfər həlak olub. Ümumdünya Humanitar Yardım günü başqalarını xilas edərkən həlak olanların xatirəsini yad etmək üçün təsis edilib.

Humanitar yardım problemi ilə Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldıqdan sonra üzləşib. Qaçqın və məcburi köçkün problemi ortaya çıxandan bəri (1992-ci ildən başlayaraq) BMT-nin Ali Komissarlığı, BMT agentlikləri, ABŞ-nın, Avropanın, Türkiyənin, İranın, ərəb ölkələrinin humanitar təşkilatları Azərbaycanda 800 milyon dollar məbləğində yardım proqramları həyata keçiriblər. Ən çətin bir dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində bu yardımlar olmasaydı, ölkəmizdə humanitar fəlakət baş verərdi. Humanitar təşkilatlar və donor ölkələr indiyədək məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər inşa edib, Füzuli və Ağdam rayonlarında 700 ev, 600 ictimai bina təmir edib, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar tikib. Bu təşkilatlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramları həyata keçirib.

Son illər Azərbaycanın iqtisadi yüksəlişi və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı humanitar yardımların istiqaməti də dəyişib və azalıb. Belə ki, 2000-ci ildən başlayaraq beynəlxalq təşkilatların humanitar yardımları inkişaf proqramları ilə əvəzlənməyə başlayıb.

İqtisadiyyatı gücləndikcə Azərbaycanın özü donor ölkə kimi çıxış edir və fəlakət zonalarına humanitar yardım göstərir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər