22.11.2024, 01:36
AZ EN
15.08.2024, 18:50 259

“YAŞAT” Fonduna minnətdaram

XƏBƏRLƏR
  • Vətən müharibəsi əlili, Kamran Baxşizadə Taryel oğlu 1994-cü il oktyabrın 14-də dünyaya göz açıb.O, Vətən müharibəsində yaxından iştirak edib. 2020-ci ilin 14 oktyabrında Suqovuşan istiqamətində gedən döyüşlərdə hər iki gözündən xəsarət alıb və görmə qabiliyyətini tamamilə itirib.

“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli oftolmoloqların müayinəsində iştirak edib. Görmə qabiliyətini tamamilə itirsə də, əzmkarlığı sayəsində həyatına davam edir.

Bütün çətinliklərə baxmayaraq, ailəsi ondan dəstəyini əsirgəmir. Anası Zəhra Baxşiyeva Kamran üçün kitablar oxuyur, onu ikinci təhsilə hazırlayır. Beləliklə, Kamran Bakı Dövlət Universitetinə daxil olaraq, yenidən tələbə adını qazanır.

Kamran möhkəm iradəsi, bitməyən həyat eşqi və əzmkarlığı ilə hər kəsə örnək olmağı bacarır.

“YAŞAT” Fondu ilk gündən qazimizin yanındadır və təhsil həyatında da ona dəstək olmağa davam edəcək.

“Düzdür, mən iki gözümü itirmişəm. Amma buna baxmayaraq, həyatıma davam edirəm. Müharibədən əvvəl özümü necə idarə edirdimsə, indi də o cür idarə etməyə çalışıram”,- deyir Kamran.

Zəhra xanım deyir ki, Kamran məhkəmədə işlədiyi müddətdə istəyirdi ki, ikinci təhsil alsın. Amma müharibə başladığına görə  o, ikinci təhsil almaq qarzusundan keçdi.

“2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladıqda mən də Vətənimi sevən bir insan kimi müharibəyə könüllü olaraq qoşuldum. Xüsusi təyinatlılara seçildim və döyüşlərimi Ağdərə-Tərtər istiqamətində davam etdirdim. Kəşfiyyat tapşırığı verilmişdi ki, biz Suqovuşanda yüksəkliyi ələ keçirməliyik, düşməndən yüksəkliyi geri almalıyıq. Oktyabr ayının 14-də adgünümdə mən həmin tapşırığı yerinə yetirərkən yaralanaraq gözlərimi itirdim. Müharibədə yaralandıqdan sonra bir müddət müalicə aldım. Hal-hazırda da gözüm görmür. Müalicələrim davam edir. Müharibədən əvvəl bir ali təhsilim vardı. Naxçıvan Universitetinin tarix müəllimi ixtisasını bitirmişdim. Lakin mənim arzum idi ki, ikinci təhsil alım digər bir yöndə. Lakin müharibə başladı. Mən müharibədə iştirak edərək yaralandım. Mən iki gözümü itirsəm belə, buna baxmaraq, ikinci təhsil almaq arzumdan geri dönmədim. Yenidən universitetə hazırlaşdım və Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul oldum. Bütün çətinliklərə baxmayaraq hər bir insan öz məqsədinə çatmalıdır.

Allah dövlətimizi qorusun. Cənab Prezidentimizə də təşəkkür deyirəm ki, “YAŞAT” Fondu yaradıb. Mənim təhsil sahəsində “YAŞAT” Fondunun çox böyük dəstəyi oldu mənə. Heç bir problem yaranmadı. Həmişə yanımda oldular. Minnətdaram”, - deyir Kamran Baxşiyev.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR