Bərdə şəhər qəbiristanlığında keçirilən vida mərasimində rayon sakinləri, Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Təranə Zeynalovanın nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, Zeynalova Təranə Davud qızı 1970-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olub. 1993-cü il martın 1-də Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində “Tunel” adlanan yerdə üç qardaşı ilə birlikdə itkin düşüb. Onun nəşinin qalıqları Laçın rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib. (AZƏRTAC)