Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, təlimlərdə iştirak edən fermerlərə aşağıdakı modullar üzrə praktiki və nəzəri biliklər ötürülüb:
-Bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri;
-Kənd təsərrüfatı texnikalarından səmərəli istifadə;
-Müasir suvarma sistemləri;
-Səmərəli təsərrüfatların təşkili;
-Fermerlər üçün dövlət dəstək mexanizmləri;
-Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi;
-İqlim dəyişkənliyinin təsərrüfata təsirləri;
-İşğaldan azad olunmuş ərazilərdə davranış qaydaları.
Təlimlərin sonunda yekun qiymətləndirmə aparılıb. Qiymətləndirməni uğurla tamamlayıb bütün modullar üzrə müvəffəqiyyət göstəricisi əldə edən kənd sakinlərinə sertifikatlar təqdim ediləcək. (AZƏRTAC)