20.02.2026, 18:39
AZ EN
20.02.2026, 17:16 37

Xocavənd sakini: "Görmədiyim kəndimizə iki övladımla qayıtdım"

QARABAĞ
  • “Kəndimizi görməmişdim. Köçkünlük illərində Ağcabədi rayonunda doğulmuşam. Bu gün kəndimizə iki övladımla qayıtdım. Kəndimizdə müəllim kimi çalışacam”.

Bunu bu gün Xocavənd rayonunun Xocavənd kəndinə köçən Rövşanə Quliyeva deyib.

"Biz orta məktəbdə oxuyanda rayonlarımızın işğal tarixini öyrənirdim. Amma indi şagirdlərimə həmin rayonların azad edilmə tarixini öyrədəcəm. Daha biz mərmi düşən yerlərdən yox, sürətlə inkişaf edən yerlərdən danışacağıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Döyüşçü qardaşlarımıza minnətdarlığımı bildirirəm. Allahdan Prezidentimizə uzun ömür, möhkəm can sağlığı arzulayıram". (APA)

Oxşar xəbərlər