ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 265, tankəleyhinə 57 mina və 2007 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay 7058,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. (AZƏRTAC)