Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Sədrin sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi peşələrin hər birinin qeydiyyatını aparıb: "Bundan sonrakı mərhələdə onların hər biri dəvət olunacaq və daha uzunmüddətli və peşəkar karyera məsləhəti xidmətləri göstəriləcək. Seçilən peşələrə uyğun olaraq həm agentliyin tərkibində olan Peşə Hazırlığı mərkəzləri, eyni zamanda, əməkdaşlıq etdiyimiz 37 özəl tədris mərkəzləri vasitəsilə onların peşə öyrənməsinə dəstək olacağıq.
Peşələr Festivalının hər il keçirilməsini nəzərdə tuturuq. Növbəti dövrlərdə festivalı daha geniş əhatə dairəsi və ərazilərdə təşkil etmək istəyirik. Azad edilmiş torpaqlarda yaşayış üçün şərait yaradıldıqdan və əhalinin həmin yerlərə köçürülməsindən sonra orada da Peşələr Festivalı keçiriləcək". (AZƏRTAC)