23.11.2024, 00:22
AZ EN
29.07.2022, 15:30 607

Oğlumun ruhu şaddır

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsinin şanlı zəfəri sayəsində Ağdamın da işğal günü tarixin  arxivinə atıldı.

 Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Ağdam rayonu 6000 min şəhid verib. Vətən torpağı uğrunda şəhadətə yüksələn qəhrəmanlarımızdan biri də Füzuli Hüseynovdur. Ailəsi düz 29 ildən sonra şəhidimizin məzarını ziyarət edə bilib.

Füzulinin anası Əfruz Hüseynova deyir ki, 29 ildir onun qəbrinin üstünə həsrətəm: “Hamı gedirdi qəbir üstünə, mən qalırdım pəncərədə,  mən ha tərəfə gedim bəs”, -yana-yana qalırdım.

Əfruz Hüseynova sonra əlavə edib ki, şükürlər olsun ki, oğlumun ruhu şaddır. 44 gülnük Vətən müharibəsində iştirak edən oğulların, zabitlərin, qazilərin, şəhidlərin hamısının anasının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, əsgər və zabitlərimizi qorusun.

1969-cu ildə Ağdamda anadan olan Füzuli Hüseynov bacarıqlı gənc olub. Futbolla məşğul imiş, Ağdamın “Qarabağ” klubunda oynayırmış. Çox sürətli futbolçu olduğuna görə ona “qırıcı” ləqəbi veriblərmiş... Erməni qəsbkarlarının doğma yurda təcavüzünə qarşı çıxan Füzuli minlərlə ağdamlı kimi futbolçu formasını əsgər geyiminə dəyişib, Vətənin müdafiəsinə qalxıb. Ağdam uğrunda gedən döyüşlərin birində, 1993-cü ilin iyulun 7-də qəhrəmancasına şəhid olub. Ağdam işğal altında olduğundan  ailəsi Füzulinin məzarını ziyarət edə bilməyib.

44 günlük Vətən müharibəsindən sonra  qazanılan zəfərimiz şəhidimizin ruhuna da su səpdi. 30 illik həsrətdən sonra  Hüseynovlar ailəsi dağıdılmış məzarlar arasında Füzulinin də məzarını tapdı.

Mübariz Hüseynov deyir ki, o  gün bizim ən ağır günümüz, ən ağır ilimiz oldu. Lakin bu gün həmən günün 29-cu ildən sonra iyulun 8-i bəlkə də, bizim ən xoş günümüzdür ki, 29 ildən sonra biz gəldik həsrətində olduğumuz Vətənə, onun qəbrini tapdıq. Düzdür, çətin idi, qəbirlər hamısı dağıdılıb, itib batmışdı, şükür ki, tapdıq, bilirik ki, qardaşımın ruhu şaddır, məzarı nurla dolsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ağdamın azadlığı uğrunda canından keçən Füzuli Hüseynov göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 Azad Ağdamın isə abad, firəvan günləri hələ qarşıdadır.

Hazırladı:

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər