Müsahibə mərhələsindən keçən namizədlər sentyabr ayının əvvəlinə qədər davam edəcək bu intensiv təlimlərdə iştirak edəcək.
Təlimləri uğurla başa vurduqdan sonra isə iştirakçılar konkret vəzifə və öhdəliklər mərhələsinə keçid edəcəklər.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına 29 may-5 iyun tarixlərində qeydiyyat elan edilib, 7 000 namizəd müsahibədən uğurla keçib. (Report)