Laçın rayon statistika idarəsindən bildiriblər ki, 2022-ci ilin yanvar-iyul aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin yeddi ayında rayonda 13 min 351 sentner ət, 120 min 272 sentner süd, 2750 sentner yun və 2733 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 30,4 faiz, yumurta istehsalı 8,8 faiz, yun istehsalı isə 28,5 faiz çoxalıb. (AZƏRTAC)