23.11.2024, 00:41
AZ EN
19.07.2024, 12:34 249

Şəhid övladları üçün “Yay Məktəbi” davam edir

XƏBƏRLƏR
  • “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə iştirakçılar ilk öncə Lefkoşada “Maneələri dəf etmək” adlı fotosərginin eksponatları ilə tanış olublar.

Günün davamında “Yay Məktəbi” iştirakçıları müxtəlif istiqamətlərdə öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün bir sıra təlimlərdə iştirak ediblər.

Günün ikinci yarısında şəhid övladları Şimali Kiprin tarixi və turistik bölgələrini, həmçinin Aralıq dənizi sahilini ziyarət edərək əyləncəli zaman keçiriblər.

Qeyd edək ki, “Yay Məktəbi” 28 iyul tarixinədək davam edəcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər