23.11.2024, 00:55
AZ EN
11.07.2024, 12:20 257

Xocalıda qalıqları dəfn edilən şəhidin oğlu: “Atamla heç vaxt fotom olmayıb, məzarı ilə ilk şəklimi çəkdirdim”

XƏBƏRLƏR
  • "Xocalı faciəsi baş verəndə, atam şəhid olanda mənim bir yaşım vardı. Atamı tam xatırlamıram”.

Bu sözləri itkin-şəhid Zakir Usubovun oğlu Elmir Usubov deyib.

Onun sözlərinə görə, nəhayət 32 il sonra atasını dəfn etmək qismət olub: “Heç vaxt atamla fotom olmayıb. İndi onun məzarı ilə ilk şəkilimi çəkdirdim. Bu mənim atamla ilk şəklimdir. Allah bütün şəhidlərə rəhmət eləsin".

Elmir Usubov atasının məzarı ilə şəkil çəkdirməyi özü üçün böyük təsəlli hesab edib.

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. (APA)

Oxşar xəbərlər