19.10.2024, 23:18
AZ EN
20.03.2022, 08:00 271

Azərbaycanda Novruz bayramıdır

XƏBƏRLƏR

Azərbaycana yaz gəlir… Xalqımız bu fəslin gəlişini yeni günün, yeni ilin başlanğıcı - Novruz bayramı kimi qeyd edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra uzun illər ərzində biz Novruzu yurd nisgili ilə qarşılayırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi, diplomatik fəaliyyəti, böyük sərkərdəlik istedadı, rəşadətli ordumuzun, qəhrəman hərbçilərimizin hünəri sayəsində 2020-ci ilin payızında işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm Zəfər bu nisgilə son qoydu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İki ildir Novruzu sevinclə, fərəhlə, xoş əhvalla qarşılayırıq və bu, əbədiyyən belə olacaqdır!

Bu əziz gündə şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Milli ideallarımız, müstəqil dövlətçiliyimiz, xalqımızın arzuları uğrunda canını qurban verən şədhilərə Allahdan rəhmət diləyirik. Ölkəmizin müdafiəsində dayanmış igid hərbçilərimizə cansağlığı, uğurlar arzulayırıq!

Yur həsrəti bitən, məcburi köçkünlüyü başa çatan həmvətənlərimiz öz ata-baba torpaqıarına qaytmağa hazırlaşırlar. Hər qarışı şəhid qanı ilə müqəddəsləşən o torpaqlarda gedən bərpa-quruculuq işləri Böyük qayıdışın tezliklə gerçəkləşəcəyinə əminlik yaradır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik”.

Bayramınız mübarək, əziz həmvətənlər!

Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Oxşar xəbərlər