Zəfərin bir addımlığında, Şuşanın tam azadlığında şəhidliyin zirvəsinə ucaldı 20 yaşlı qəhrəmanımız...
22 iyun Vətən müharibəsi şəhidi kiçik-leytenant Sadiq Nüsrət oğlu Nəcəflinin doğum günüdür.
Sadiq Nüsrət oğlu Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kurs tələbəsi olan kiçik-leytenant Sadiq Nəcəfli Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə yollanır.
Döyüşün ilk günlərindən Gəncədə əsgərlərə 1 ay təlim keçir və sonra əsgərlərlə birlikdə Cəbrayıl, Füzuli istiqamətində döyüşlərə qatılır.
Kiçik-leytenant Nəcəfli 2020-ci il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Tahirə AĞAMİRZƏ