Qubadlı rayonunda baş cərrah kimi çalışan Hüseynqulu Şahmuradov Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Mərkəzi Tibbi Kitabxana" ilə müqavilə bağlamış, tibb sahəsində böyük önəmə malik olan kitabların Azərbaycana gətirilməsinə nail olmuşdur. Tibb sahəsində göstərdiyi xidmətlərə və ağır zəhmətə görə ona Azərbaycan SSR-in "Əla dərəcəli həkim"i, "SSRİ səhiyyə əlaçısı", "Əməkdar həkim" fəxri adları və "Lenin yubileyi ordeni", "Səhiyyə əlaçısı" döş nişanı və fəxri fərmanlar verilmişdir.
Hüseynqulu Şahmuradov 1961-ci ildə Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. Ürək, böyrək, qara ciyər, arterial təzyiq və başqa xəstəliklərdən əziyyət çəkən xəstələr onun şəfalı əllərindən hər zaman şəfa tapırdılar.
1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən Hüseynqulu Şahmuradov 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.
Tahirə AĞAMİRZƏ