25.04.2025, 07:50
AZ EN
15.06.2024, 07:39 313

Gəncə şəhərində Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa RİH-in başçısı Bayram Səfərov Gəncə şəhərində məskunlaşan şuşalı sakinlərlə səyyar qəbul keçirib.

İcra başçısı Bayram Səfərov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Şuşa şəhər əhalisinin mərhələli şəkildə köçürülməsinin davam etdiriliyini diqqətə çatdırıb.

RİH başçısı qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlər Şuşa Rayon İcra Hakimiyyətinin fəaliyyətindən razı olduqlarını bildiriblər. Onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə dövlətimizə öz minnətdarlıqlarını ifadə ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər