Aksiya çərçivəsində 37-si eldar şamı, 19-u gül kolu, 12-si meşə ağacı, 14-ü dekorativ kol və 267-si meyvə ağacı olmaqla 349 ağac və kollar əkilib. Əkilən ağac və kollar suvarılıb, mövcud ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Rayonda bu kimi aksiyaların bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Mina RƏŞİD