27.07.2024, 14:17
AZ EN
11.06.2024, 11:54 264

"Xankəndində quruculuq və bərpa"- mövzusunda növbəti layihə uğurla davam etdirilir

XƏBƏRLƏR
  • “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa”- mövzusunda növbəti layihəni uğurla icra edir.

Qeyd edək ki, bu görüşlərin əsas məqsədi, "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsidir. Bu proqram, işğaldan azad edilmiş ərazilərə qayıdışı dəstəkləmək və bu ərazilərin yenidən qurulmasını təmin etmək məqsədini daşıyır.

Bu barədə Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva "Vetensesi.az"a məlumat verib. Onun sözlərinə görə,

Mingəçevir şəhərində və ətraf qəsəbələrdə məskunlaşan keçmiş məcburi köçkünlərin problemləri və ehtiyacları müzakirə olunur. Onların təklif və rəyləri dinlənilir, eyni zamanda quruculuq və bərpa prosesində iştiraklarının təmin edilməsi üçün zəruri addımlar atılır. Bu görüşlər, məcburi köçkünlərin inteqrasiya prosesinə dəstək olmaqla yanaşı, onların yenidənqurma işlərində fəal iştirakını təmin edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər