Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin, 47, 216, 88, 48, 291 nömrəli təhsil müəssisələrinə isə müvafiq olaraq Vətən müharibəsi qəhrəmanları Zaur Nudirəliyevin, Ramiz Qasımovun, Elçin Mansurovun, Ceyhun Həsənovun, Azad Hümbətovun adları verilib. (AZƏRTAC)