1963-cü ildə rayonların birləşməsi ilə əlaqədar olaraq, Qubadlı Rayon Mərkəzi Xəstəxanası Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərdiyi üçün Bayram Aslanov orada 1 il müddətinə həkim-cərrah kimi çalışıb. 1964-cü ildən isə Qubadlı RMX-da baş həkimin müalicə işləri üzrə müavini və həkim-cərrah kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə o, yüksək ixtisaslı cərrah kimi gərgin cərrahiyyə əməliyyatları apararaq, çox insanı yenidən həyata qaytara bilib. 1988-ci il hadisələri zamanı yaralıların xəstəxanaya yerləşdirilməsi, şəhidlərin ailələrinə təhvil verilməsi və dəfn olunması işini təşkil edib.
1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra isə Sumqayıt şəhərində 2 saylı poliklinikanın nəzdində fəaliyyət göstərən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirib.
Bayram Aslanov 1995-ci ildə oktyabrın 13-də vəfat edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ