20.10.2024, 03:36
AZ EN
04.06.2024, 10:41 262

“Azərbaycan Bayrağı” ordenli 22 yaşlı qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, xüsusi təyinatlı, baş çavuş Qurban Namiq oğlu İbrahimovun doğum günüdür. O, 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndində anadan olub. Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Hadrut, Cəbrayıl, Xocavənd və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Vətən Müharibəsində şücaətlər göstərən igid döyüşçü 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Qurban İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər