25.04.2025, 08:42
AZ EN
10.01.2024, 09:22 363

Qubadlı RİH-in başçısı Sumqayıtda rayon sakinlərinin səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbdə keçirilib. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbulda sakinlər tərəfindən qaldırılan 24 məsələdən 4-ü yerində həll olunub, 8-i nəzarətə götürülüb, 5 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. 7 nəfər görülən işlərə görə minnətdarlığını ifadə edib. Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər