25.04.2025, 06:05
AZ EN
03.06.2024, 11:01 385

Bu gün Ümumdünya Velosiped Günüdür

XƏBƏRLƏR
  • BMT-nin Baş Assambleyası velosiped və onunla bağlı üstünlüklərin təşviqi məqsədilə 2018-ci ildə iyun ayının 3-nü Ümumdünya Velosiped Günü elan edən qətnamə qəbul edib. Hər il BMT Ümumdünya Velosiped Gününü qeyd edərək, bu nəqliyyat növünün insanın və planetin sağlamlığı üçün danılmaz üstünlüklərini xatırladır.

Son illər böyük şəhərlərin daimi tıxaclar və həddindən artıq dolmuş metro vaqonları ilə bağlı nəqliyyat problemləri insanları alternativlərin axtarışına sövq edib. Velosiped ən yaxşı seçim olub. Bir çox şəhərlərdə digər nəqliyyat növü ilə müqayisədə iki təkərli nəqliyyata üstünlük verən insanların sayı getdikcə artır. Şəhər hakimiyyət orqanları və sahibkarlar da trendi nəzərə alaraq prosesə qoşulur: bütün dünyada və böyük şəhərlərdə “baykşering” - sürətli velosiped icarəsi sistemlərinin sayı və velosiped yollarının uzunluğu artır.

Birləşmiş Millətlər Təşkilatı hadisələrin bu məcrada inkişafını fəal şəkildə dəstəkləyir. Belə ki, 2018-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər velosiped hərəkatının stimullaşdırılmasına dair ümumavropa baş planının Layihəsini təsdiq ediblər.

Velosiped nəqliyyatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də fəal dəstəklənir, axı bu həm ən ekoloji cəhətdən təmiz, həm də sürətli hərəkət etmənin ən sağlam yoludur: yerimə, idmanla məşğul olmaq və ya velosiped yürüşü kimi müntəzəm orta intensivli fiziki fəallığın sağlamlıq üçün əhəmiyyətli üstünlükləri var.

BMT-nin Ərtaf Mühit Proqramında (UNEP) velosiped pandemiyadan sonra “yaşıl bərpa”nın əsas komponentlərindən biri kimi götürülür. Bununla belə, UNEP qeyd edir ki, şəhərlərdə daha fəal velosiped yürüşləri yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə müşayiət olunmalıdır.

Bütün dünyada milyonlarla insan velosipeddən əsas hərəkət vasitəsi kimi istifadə edir, velosiped həvəskarlarının sayı daima artır, buna görə də BMT gələcəyin şəhərlərinin infrastrukturunun planlaşdırılması zaman onların maraqlarını nəzərə almağa çağırır.

“Yaş həddi olmadan velosiped yürüşü” hərəkatı artıq 50 ölkədə mövcuddur. Ümumdünya Velosiped Günü Bakıda kütləvi velosiped yürüşü ilə qeyd olunur.

2022-ci il martın 15-də Baş Assambleya davamlı inkişaf naminə velosipeddən kütləvi şəkildə istifadənin ictimai nəqliyyat sistemlərinə inteqrasiyası barədə qətnamə qəbul edib. Xüsusilə vurğulanıb ki, velosiped ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biridir, rasional istehlakın və istehsalın zəruriliyi barədə düşünməyə vadar edir və iqlimə müsbət təsir göstərir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər