22.11.2024, 19:49
AZ EN
26.05.2024, 20:07 292

"Sonuncu əmr" romanı əsasında Ukraynada film çəkiləcək

XƏBƏRLƏR
  • Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, şəhid Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var. Çoxsaylı bədii əsərlər sırasından seçilib Dövlət Mükafatları Komissiyasının qiymətləndirilməsinə təqdim edilən əsərin tövsiyyə edilən ictimai müzakirəsi də ötən həftədən başa çatıb. Hazırda qiymətləndirmə komissiyası ekspertlərin rəyini gözləyir.

 Bu arada "Təzadlar" qəzeti redaksiyasına daha bir xoş xəbər daxil olub. Belə ki, romanın müəllifi, Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin və eyni adlı saytın təsisçisi Asif Mərzili və qəzetin əməkdaşı, romanın korrekturasında yaxından iştirak etmiş Qarabağ müharibəsi veteranı Elçin Məmmədli bu ilin iyul ayında Ukraynaya dəvət ediliblər. Ukraynada yaşayan Azərbaycanlıların Əlaqələndirmə Konqresinin rəhbərliyinin dəvəti ilə baş tutacaq bu səfərdə əsas məqsəd həm də "Sonuncu əmr" romanının motivləri əsasında bədii film çəkilməsinin müzakirəsidir.

E.Məmmədli bu barədə “Təzadlar” qəzetində məlumat verib. O, bildirib ki, bəzi səbəblərdən hələ ki adının ictimailəşdirilməsini istəmədikləri mənbə onlarla söhbətində əsərlə yaxından tanış olduğunu söyləyib: "...Bu roman Qarabağ müharibəsinin həm birinci, həm də ikinci fazasını özündə əks etdirən, xalqımızın yaşadığı 30 illik işğal dəhşətlərini, eləcə də Qarabağda qələbəmizlə başa çatan 2020-ci ilin 44 günlük və 2023- cü ilin 44 saatlıq hərbi əməliyyatlarını özündə mükəmməl şəkildə birləşdirərək ifadə edən ilk dolğun bədii əsərdir. Əsərin motivləri əsasında bədii filmin çəkilişini zəruri hesab edirik. Ukraynada bu işi yüksək səviyyədə görə bilən rejissorlar vardır, onlardan biri də Nəriman Əliyevdir... Qərara almışıq ki, bu ilin yayında romanın müəllifini Ukraynaya dəvət edərək müzakirələr aparaq, əməkdaşlıq müqaviləsi bağlayaq... İnanıram ki, ortaya yüksək səviyyəli məhsul qoya biləcəyik. Çünki əsərin dili sadə və təsvir edilən hadisələr, döyüş səhnələri filmə gətirilməsi üçün rejissor və aktyorlar üçün əlçatandır...". 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər