17.05.2024, 17:03
AZ EN
28.07.2022, 16:20 372

Şahin Rəhmanlı: Qarabağın dirçəlişi işində gənclərimizin daha fəal çalışacaqlarına inanıram

XƏBƏRLƏR
  • Bugünkü forum kifayət qədər önəmlidir. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) yaradılmasında məqsəd bu idi ki, xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gəncləri bir araya toplamaq və onlar arasında əməkdaşlıq əlaqələrini yaratmaqdır. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. Bununla da Azərbaycanın haqq işinə gənclərimizin töhfəsini vermək və onların həm ölkə, həm də ölkə xaricindəki fəaliyyətlərində aktivliyini təmin etməkdir.

Bu sözləri “ASAP Forum 2022”nin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.

“Gördüyünüz kimi müxtəlif ölkələrdə təhsil alan və artıq məzun olmuş gənclər bu tədbirdə iştirak edirlər. Dörd gün davam edəcək forum çərçivəsində gənclər bir-biri ilə ünsiyyət saxlayacaq, birgə fikir mübadiləsi aparacaqlar. “İrəli” İctimai Birliyi olaraq biz də xaricdə təhsil alan gənclərimizə yaxından dəstək oluruq. İnanırıq ki, gənclərimiz dövlətimizin daha da inkişafına öz töhfələrini verəcəklər. Xüsusən də Qarabağın dirçəlişi işində daha fəal çalışacaqlar”, - deyə Ş.Rəhmanlı qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər