Qəbulda rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ərazidə məskunlaşan sakinlər iştirak ediblər.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfərindən, 18 may tarixdə rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməl qoyma mərasimindən, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən geniş söhbət açıb. Rayon rəhbəri gələn il Cəbrayıl rayonuna köçün başlanacağını da sakinlərin nəzərinə çatdırıb.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD