16.04.2025, 18:54
AZ EN
13.09.2023, 09:05 300

Keçmiş məcburi köçkün: Doğma torpağımıza geri qayıdacağımız üçün çox qürurluyuq

XƏBƏRLƏR
  • Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qayıdırıq.

Bunu Zəngilan sakini Gövhər Hüseynova deyib.

"Burada doğmalarımızın, yaxınlarımızın məzarlarını qoyub gedirik, amma torpaq da bizə doğmadır. O torpaqlarda da bizim əzizlərimizin ayaq izləri, analarımızın, atalarımızın alın təri var. Biz Mübarizlər, İzzətlər, Dövlət Cəbrayılzadələr kimi igidlər böyütmək, şəhidlərimizin ruhunu yaşatmaq üçün yenidən o torpaqlarda yaşamalıyıq", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər