22.11.2024, 08:11
AZ EN
17.05.2024, 14:31 279

Xocavənd qəsəbəsində sakinlərin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində vətəndaşlarla növbəti səyyar qəbulunu keçiririb.

Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak ediblər. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali baş Komandan İlham Əliyevin düzgün siyasəti və Müzəffər Ordumuzun əzmkarlığı nəticəsində Ermənistan işğalında olan torpaqlarmız geri alındı. Bu tarixi zəfər təkcə Azərbaycan xalqının otuz illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bərpa və yenidənqurma işləri aparıldı. Nəhayət, otuz iki ildən sonra şuşalılar doğma torpaqlarına geri qayıtdılar.

Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib. Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR