08.09.2024, 05:37
AZ EN
05.02.2024, 14:01 263

Məntəqə sədri: “Qubadlının Xanlıq kəndində seçkiyə hazırlıq işləri yekunlaşıb”

XƏBƏRLƏR
  • “125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 63 saylı məntəqəsi Qubadlı rayonunun Xanlıq kəndində yerləşir. Mən bu kənddə doğulub-böyümüşəm. 30 ildən sonra işğaldan azad edilmiş doğma yurdumda ilk dəfə keçiriləcək Zəfər seçkilərinə hazırlaşmaq böyük xoşbəxtlikdir”.   

“Vətən səsi” xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında sözügedən məntəqənin sədri Akif Mirzəyev bildirib.

O, vurğulayıb ki, 63 saylı məntəqədə 7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi tam başa çatıb: “Seçicilərin sərbəst və şəffaf şəkildə səs vermələrini təmin etmək üçün altı ədəd səsvermə kabinəsi quraşdırılıb, məntəqə mürəkkəb, ultrabənövşəyi lampalar və digər lazımi texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub. Burada, həmçinin müşahidələrin aparılması üçün lazımi şərait yaradılıb. Məntəqənin sədri, katibi və üzvləri Qubadlıda ilk dəfə keçiriləcək prezident seçkilərinin qanunvericiliyə uyğun baş tutması üçün fasiləsiz fəaliyyət göstərirlər”.

A.Mirzəyev qeyd edib ki, məntəqə üzrə seçici siyahıları dəqiqləşdirilib, seçicilərin ümumi sayı 1387 nəfərdir.  

S.Süleymanova

Oxşar xəbərlər