22.12.2024, 11:54
AZ EN
27.07.2022, 09:30 415

Onunla qürur duyuruq

XƏBƏRLƏR
  • Qasım fotoqraf idi, sənətini çox sevirdi. Gülərüz, mehriban oğlandı. Şəhid olanda cəmi 21 yaşı vardı. Şəhidliyi ilə bütün döyüş yoldaşlarını ağlatmışdı Qasım. Anası deyir ki, oğlunun şəhid olacağını bir gün əvvəl yuxuda görmüşdü. Oğlu əsgər geyimində tabutda gətirilmişdi. Ana ürəyi bunu duymuşdu... Bu gün ailəsi onu göz yaşlarıyla xatırlasa da, şəhid övladları ilə qürur duyur, fəxr edirlər ki, Qasım Vətən uğrunda şəhadətə yüksəlib.   

Abdullazadə Qasım Əli oğlu 1999-cu il iyulun 27-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur. O, 2019-ci ildə isə hərbi xidmətini layiqincə yerinə yetirib.

İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi Qasım da iştirak edib. O, cəbhənin bir çox istiqamətlərində mərdliklə döyüşüb.  14 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nur üzlü şəhidimizin bu gün doğum günüdür. Ruhu şad olsun, məzarı nurla dolsun!

Mina RƏŞİD

Oxşar xəbərlər