08.09.2024, 07:45
AZ EN
15.05.2024, 12:23 248

Bu gün Beynəlxalq Ailə günüdür

XƏBƏRLƏR
  • BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.  Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Olduqca əhəmiyyətli dəyərləri özündə ehtiva edən bu əlamətdar gündə dünya miqyasında bütün insanların diqqəti bir daha ailə problemlərinin həllinə yönəldilir. Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır. 

1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapıb. 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 6 fevral 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib. Bundan əlavə, ölkəmizdə ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bir sıra qanunlar və dövlət proqramları qəbul edilib.
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər