17.01.2026, 21:59
AZ EN
07.01.2026, 09:48 223

Vətən uğrunda şəhid olan igidlərimizin xatirəsi yad edilib

XƏBƏRLƏR
  • Tariximizin qan yaddaşına çevrilmiş 6 yanvar 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhidlik zirvəsinə ucalan səkkiz igid hərbçimizin xatirəsi ehtiramla anılıb. Onlar Vətənin bütövlüyü uğrunda canlarını fəda edən Qubadlı oğulları idi. Hər il bu tarixdə onların məzarları ziyarət olunur, qəhrəmanlıqları yad edilir, ailələri ilə bir araya gəlinir.

Bu il də - 6 yanvar 2026-cı ildə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər “Şəhidlər Xiyabanı”nda şəhidlərimizin anım mərasimi keçirilib.

Tədbirdə şəhidlər - Şahbaz Kərimov, Kəhkəşan Yaqubov, İslah Səmədov, Həmzə Adıyev, Bəxtiyar Bədəlov, Fazil Aslanov, Kamal Abdullayev və Teyyub Əliyevin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələr səsləndirilib. Anım mərasimində Qubadlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şəhidlərin unudulmaz xidmətlərindən, ailələrinə göstərilən dövlət qayğısından söz açıblar, bu diqqətə görə ölkə rəhbərliyinə və Qubadlı RİH-nə təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər