Bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, görülən işlər çərçivəsində kənddə bir vaxtlar mövcud olan bulaqlar bərpa edilir.
"Sakinlər buraya yaşamağa gələndə onlar üçün əvəzolunmaz bulaqdan su içə və ondan gündəlik həyatda istifadə edə biləcəklər. Biz həmçinin tikinti işləri zamanı tullantıların ətraf mühitə yetirdiyi zərəri minimuma endiririk. Biz burada onları emal edirik. Tullantılar müəssisələrdə emal olunur və müxtəlif tikinti meydançalarında təkrar istifadə olunur", - deyə o qeyd edib.
Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağın bərpasına həsr olunmuş ilk ixtisaslaşmış sərgi olan "Rebuild Karabakh" oktyabrın 21-dək davam edəcək. (Trend)