22.11.2024, 10:22
AZ EN
26.07.2022, 11:40 455

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə döndü

XƏBƏRLƏR

Yaşat Fondu tərəfindən Türkiyəyə göndərilən və orada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb. Tovuz rayonunun Dondar Quşçu kəndindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 28 yaşlı Xüsusi Təyinatlı Qüvvələrin giziri Məmmədov Şəmsi Lətif oğlu şəhərin girişində böyük sevgiylə qarşılanıb.

Üç qız atası olan gizir Şəmsi Məmmədov deyib ki, iki ilə yaxındır ki, Türkiyədə müalicə alıram. Bu keçən zaman ərzində yanımda olduqlarına görə dövlətimizə, xalqımıza, Yaşat Fonduna, hər kəsə dərin minnətdarlığımı bildirirəm. Çox şadam ki, bu gün  ailəmin yanına gəlib çıxa bilmişəm, övladlarımın başını sığallaya bilirəm və çox şadam ki, bütün şəhidlərimizin qisasını İkinci Qarabağ savaşında  aldıq.

Qeyd edək ki, qazimiz Aprel döyüşlərində və Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. İlk dəfə 29 sentyabrda Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralansa da bir müddətdən sonra döyüşlərə davam edib.

 Gizir Məmmədov ikinci dəfə oktyabrın 24-də Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Türkiyədə iki il müalicə alan Şəmsi 7 dəfə əməliyyat olunub. Qazimizin  müalicəsi Bakıda Reablitasiya  mərkəzində davam etdiriləcək. Gizir Şəmsi Məmmədov “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bu günə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 149 nəfərin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR