Görüşü RİH başçısı Bayram Səfərov açaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti- quruculuq işləri, əhalinin bir hissəsinin “Böyük Qayıdış” planına əsasən yaxın günlərdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin ölkəmizin sosial – iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının getdikcə yaxşılaşdığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğulayıb.
Qəbulda icra başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənilib, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Mina RƏŞİD