Bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Gülsadə Sadiqova söyləyib. Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirib.
Gülsadə Sadıqova keçmiş xatirələri unutmadığını, doğma el-obalarını görməyi səbirsizliklə gözlədiyini deyib.
"Bu gözəl günləri bizə yaşadan Cənab Prezidentimizə öz minnətdarlığını bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm" - deyə, keçmiş məcburi köçkün vurğulayıb. (AZƏRTAC)