Qeyd edək ki, Cavid İsmayıl analitik məqalələr toplusundan ibarət olan bu kitabında milli kökə bağlılıq, vətənpərvərlik, vətən təəssübkeşliyi, vətən sevgisinin hər kəs üçün qırmızı xətt olmasının vacibliyindən bəhs edir. Kitabda kənar mənfur qüvvələrdən, dövlətçiliyimizə düşmən kəsilənlərdən, adı özümüzdən olub vətənə xəyanət edənlər və zaman-zaman belə qüvvələrin “dövlət sevər”, “Vətən sevər”, “milli kökə bağlılıq” libasına bürünmələrindən də söz açılır və cəmiyyətimizdə belə qüvvələrə qarşı xalq və dövlət birliyinin daha da sıx olması və bu qüvvələrə qarşı mübarizədən bəhs edilir.
Mina RƏŞİD