19.10.2024, 18:26
AZ EN
05.04.2024, 10:27 318

Xocalıda 15 ədəd üçmərtəbəli bina tikilir

XƏBƏRLƏR
  • İşğalda olduğu müddət ərzində dağıntılara məruz qalan Xocalıda quruculuq işləri aparılır.

"Vətən səsi" xəbər verir ki, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan ordusunun tam nəzarətinə keçən Xocalı rayonunda hazırda genişmiqyaslı bərpa və tikinti işləri davam edir. Xocalı şəhərində yenidən qurulan yaşayış məhəlləsində 15 ədəd üçmərtəbəli bina inşa edilir.

1992-ci ilin fevralında ermənilərin kütləvi qətliama və soyqırımına məruz qoyduğu Xocalıda quruculuq işləri sürətlə aparılır. Hazırda şəhərin bərpasına və rayon mərkəzindəki 283 fərdi yaşayış evilərinin əsaslı təmirinə bir neçə işçi briqadaları cəlb olunub. Ermənilərin şəhərdə dağıtdığı infrastrukturlar bərpa edilir, su anbarı və kanalizasiya şəbəkəsi yenidən qurulur.

Xatırladaq ki, Xocalı şəhərində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla ümumilikdə 110 mənzillik binalar mərhələli şəkildə xocalıların istifadəsinə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri başa çatmaq üzrədir.

Xocalıya köçürüləcək ilk ailələrin doğma yurdunda məskunlaşdırılması ilə pararlel şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Həmçinin Xocalıda inşa edilən məktəb də bu ilin sentyabrında istifadəyə veriləcək Hazırda məktəbdə son tamamlama işləri görülür.

Elxan SALAHOV

 

Oxşar xəbərlər