Bu fikirləri Bakıdan Füzuli şəhərinə yola düşən keçmiş məcburi köçkün Elmira Hacıyeva söyləyib.
"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Füzuli rayonuna qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Füzuli sakini əlavə edib. (AZƏRTAC)