11.11.2024, 02:53
AZ EN
16.03.2022, 16:50 198

BMT QAK: Azərbaycan qaçqınların hüquqlarının təmin edilməsində böyük addımlar atıb

XƏBƏRLƏR

“1995-1997-ci illərdə ilk dəfə Azərbaycana gələndə Qarabağ münaqişəsi səbəbindən yüz minlərlə daxili qaçqın var idi. Çox çətin şəraitdə yaşayırdılar. Vaqonlarda, yataqxanalarda məskunlaşmışdılar”. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəsi Quido Ambrosso bunu “İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda keçirilən beynəlxalq tədbirdə bildirib. 

APA-nın məlumatına görə, Quido Ambrosso deyib: "Nəhayət, böyük əməliyyat keçirilib və ərazilər işğaldan azad edilib. Lakin ərazilərin minalardan təmizlənməsi işləri aparıldığından hələ də qaçqınlar o ərazilərə qayıda bilmir. Hazırda Suriyada, Ukraynada olan vəziyyət səbəbindən minlərlə insan qaçqın vəziyyətinə düşüb. Qaçqınlar getdikləri ölkələrdə çox böyük problemlə üzləşirlər. Onların bir çox hüquqları olmur. Lakin 2008-ci ilin iyununda ikinci dəfə gələndə gördüm ki, beynəlxalq qaçqın hüququnun təmin edilməsində Azərbaycan böyük addımlar atıb”.

Oxşar xəbərlər