Bunu 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 81 saylı seçki məntəqəsinin sədri Malik Hacıyev deyib.
Onun sözlərinə görə, bu məntəqə işğaldan azad olunan torpaqlarda qurulan və ilk seçkinin keçirildiyi yerdir: "Artıq ikinci dəfədir burada seçki keçirəcəyik. Məntəqəmizdə 323 nəfər seçici qeydiyyatdan keçib. Seçicilərimiz arasında ilk dəfə səs verən, yaşlı seçicilərimiz də var. Hazırlıq işləri görülüb, seçki üçün bütün şərait yaradılıb. Maarifləndirmə tədbirləri həyata keçirilib. Azad olunan ərazilərdə seçkidə iştirak etmək qürurverici haldır. Bu səbəbdən azad olunan ərazilərdə seçici fəallığı yüksək olur". (Report)