Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də İİTKM-in əməkdaşları iştirak edirlər.
İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb. (AZƏRTAC)