Ziyarətçilər şəhidin ailəsinə baş çəkib, onun dəfn olunduğu Aşağı Cürəli qəbiristanlığını ziyarət edib və ruhuna dualar oxuyublar.
Şəhidin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid baş leytenant Rəşad Mahmudovun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açaraq onun qəhrəmanlıq nümunəsinin bütün gənclər üçün böyük fəxr və örnək olduğunu bildirib. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri zəfərin qazanılmasının əsas təməlidir.
Qeyd edək ki, Rəşad Mahmudov qəhrəmanlığına görə ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub. ("Report")