09.06.2025, 18:39
AZ EN
15.03.2024, 09:05 327

Keçmiş məcburi köçkün: Hər birimiz bu günü gözləyirdik

XƏBƏRLƏR
  • Doğma yurda qayıtmaq, oranı yenidən görmək çox sevindiricidir. Sonuncu dəfə orada 5 yaşımı qeyd etmişik, indi isə 36 yaşım var. Bundan sonra, inşallah, doğum günlərimi orada qeyd edəcəyəm.

Bu sözləri martın 15-də Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Elçin İsmayılov deyib.

Ailə üzvləri ilə birlikdə qayıtdığını bildirən Füzuli sakini bu günü onlara yaşadanlara minnətdarlığını bildirib: “Şükür ki, bu gün bütöv bir ailə olaraq doğma yurda qayıdırıq. Atam, anam və mən - hər birimiz bu günü gözləyirdik. Allah ümidlərimizi doğruldan Prezident İlham Əliyevə uzun ömür, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin ruhu şad olsun!”. (AZƏRTAC)

Oxşar xəbərlər