18.06.2025, 14:24
AZ EN
05.10.2023, 15:19 429

Xankəndi və Xocavənddə 2 aqrometeoroloji stansiya quraşdırılacaq

XƏBƏRLƏR
  • Son dövrlərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya fəaliyyət göstərir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, gələcəkdə Xankəndi, Xocavənd və digər ərazilərdə 2 aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır:

“Bu stansiyalar sözügedən ərazilərdə kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”.

Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzi ilə bağlı məlumat verən Nazim Mahmudov qeyd edib ki, bu mərkəzin məqsədi erkən xəbərdarlıq sisteminin yaradılması, ölkədə 2 ədəd yeni müasir standartlara uyğun dopler radarlarının quraşdırılması, eyni zamanda, hidrometeoroloji şəbəkənin genişləndirilməsi və avtomatlaşdırılmış sistemə davamlı keçidi ilə bağlı olaraq fəaliyyətini davam etdirməkdir:

“İki ədəd dopler radar sistemi Şamaxı və Göygöy rayonlarında fəaliyyət göstərir. Bu radar sistemi vasitəsilə gündəlik olaraq atmosferdə aparılan dəyişikliklərin müşahidəsini aparırıq. Yağıntıların miqdarı, küləyin sürəti, eyni zamanda dolu və digər atmosfer hadisələri ilə bağlı müşahidə olunan məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə daxil olur. Hidrometeorologiya Xidmətinin genişləndirilmiş avtomat hidrometeoroloji sistemi fəaliyyət göstərir. Bu sistemə daxil olan həm hidreoloji, həm meteoroloji stansiyalar, eyni zamanda, Xəzər dənizində fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan da məlumatlar Situasiya Mərkəzinə daxil olur. Bu mərkəzdə bütün məlumatların mərkəzləşdirilmiş şəkildə yığılması və onların operativ şəkildə emalı prosesi həyata keçirilir. Bu proses nəticəsində alınan məlumatlar əsasında proqnozlar hazırlanır. Eyni zamanda, qeyd etdiyim hidrometeoroloji şəbəkənin fəaliyyətinə nəzarət etmək məqsədilə quraşdırılan 37 ədəd müşahidə kamerasından alınan məlumatlar da Situasiya Mərkəzində vizuallaşdıraraq canlı şəkildə baş verən hidrometeoroloji proseslərin atmosferdə, çaylarda olan dəyişikliklərin müşahidəsini aparırıq”. (APA)

Oxşar xəbərlər