19.10.2024, 08:48
AZ EN
14.03.2024, 09:32 275

Ağdamdakı "İmarət" stadionunun qarşısında Allahverdi Bağırovun heykəli qoyulacaq

XƏBƏRLƏR
  • 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdiyi qətliam zamanı yüzlərlə yaralını xilas etmiş Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamda abidəsi hazırlanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Bildirilir ki, Allahverdi Bağırovun abidəsinin Ağdamda əbədiləşdirilməsi təklif olunub. Qeyd olunub ki, 1951-ci ildə Ağdamda ilk futbol stadionu tikilib. Elə həmin illərdə indiki “Qarabağ”, ovaxtkı Ağdam şəhərinin komandası adlı futbol klubu formalaşıb. Müxtəlif illərdə müxtəlif adlarda fəaliyyət göstərən komandadan məşhur futbolçular adını tarixə yazdırıblar. Onlardan biri də Milli Qəhrəman Allahverdi Bağırovdur. 1970-80-ci illərdə o, komandanın kapitanı, daha sonra məşqçisi olub.

Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ildə 46 yaşında Xocalının Naxçıvanik kəndindən qayıdan zaman minaya düşərək şəhid olub. Allahverdisiz qalan Ağdam bir il sonra, 1993-cü ildə işğal olunaraq, həm stadionsuz, həm də futbolsuz qalıb.

Elxan SALAHOV

Oxşar xəbərlər