Bu barədə Bakı Su Həftəsi çərçivəsində "Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Su Ehtiyatları və yenidənqurma işləri" sessiyasında Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun baş mühəndisi Məmməd Əsədov deyib.
Onun sözlərinə görə, erməni təcavüzü nəticəsində 30 ilə yaxın Azərbaycan öz su ehtiyatlarına çıxışdan və onları inkişaf imkanlarından məhrum olub: “Bu da nəinki işğal olunmuş ərazilərin, eləcə də ona bitişik olan rayonların əkin sahələrinin suvarılmasında ciddi çətinlik yaratmışdı. İşğal dövründə aparılmış ekoloji terror nəticəsində meşələrin qırılması, ot örtüyünün məhv edilməsi, torpaqların eroziyaya və deqradasiyaya uğraması su ehtiyatlarına ciddi təsir edib". (Report)