25.04.2025, 15:59
AZ EN
10.03.2024, 13:08 264

Bu gün Vətən müharibəsinin şəhidi əsgər Afiq Şahbazovun doğum günüdür

XƏBƏRLƏR
  • Yaşasaydı, Aqifin 33 yaşı olacaqdı...

Şahbazov Aqif Hasif oğlu 1991-ci il martın 10-da Saatlı rayonu Soltanabad kəndində dünyaya gəlib.

Aqif Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. O, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Afiq Şahbazov ölümündən sonra Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər